Bütün xəbərlər
Şəhid Ravil Hümbətov İkinci Fəxri xiyabanda dəfn edildi - Fotolar+Video
Tarix: 14-09-2022 23:48 | Bölmə: Karusel

     Şəhid Ravil Hümbətov İkinci Fəxri xiyabanda dəfn edildi



Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, şəhid Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Ravil Hümbətov əslən Cəbrayılın Yarəhmədli kəndindəndir. O, ailəlidir, iki azyaşlı övladı var. Şəhid leytenanta ikinci övladını cəmi iki gün görmək nəsib olub.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.







Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər