Bütün xəbərlər
Şəhid Elşən Babazadə Qəbələdə dəfn edildi - Fotolar
Tarix: 13-09-2022 22:57 | Bölmə: Karusel

                       Şəhid Elşən Babazadə Qəbələdə dəfn edildi



Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Elşən Babazadə Qəbələdə dəfn edilib.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xəbəri rus dilində oxuyun: В Габале похоронен шехид Эльшан Бабазаде - Фото
Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.
E.Babazadə dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Sahib Babayevə təqdim edilib.
Qeyd edək ki, 26 yaşlı E.Babazadə nişanlıydı, iki bacının yeganə qardaşı idi.











Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər