Bütün xəbərlər
Türkiyə XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pisləyib
Tarix: 05-09-2022 23:37 | Bölmə: Karusel

Türkiyə XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pisləyib




Türkiyə Rusiyanın Kabil şəhərindəki səfirliyinə edilən terror hücumunu şiddətlə qınayıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Rusiya və əfqan xalqlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatı, habelə əfqan vətəndaşları həlak olub.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər