Bütün xəbərlər
ABŞ-da hava limanının əməkdaşı terror niyyəti ilə təyyarə qaçırıb
Tarix: 04-09-2022 23:44 | Bölmə: Karusel

ABŞ-da hava limanının əməkdaşı terror niyyəti ilə təyyarə qaçırıb




ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində hava limanının əməkdaşı Beechcraft King Air C90A ikimühərrikli təyyarəsini oğurlayıb.
APA xəbər verir ki, bu barədə apnews.com məlumat yayıb.
Hava limanında tanker kimi işləyən 29 yaşlı Kori Ueyn Patterson yanacaqla tam dolu təyyarə ilə havaya qalxaraq onu Walmart supermarketinə çırpacağını vəd edib.
Patterson havaya qalxaraq təyyarəni Walmart supermarketinə çırpacağını vəd edib. Bundan sonra insanlar supermarketdən və ətrafdan təxliyə edilib.
Pilotla əlaqə yaradan polis danışıq aparıb və onu eniş etməyə razı sala biliblər.
Patterson saxlanılıb və terror təhdidində ittiham olunub.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər