Bütün xəbərlər
Əməkdar rəssam dünyasını dəyişdi
Tarix: 04-09-2022 23:27 | Bölmə: Karusel

                    Əməkdar rəssam dünyasını dəyişdi



Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb. Sənətçi dünən gecə saatlarında vəfat edib. 
Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonun Uğurbəyli kəndində anadan olub.  Vəfatınadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışıb. Əsərləri (“Şuşa”, “Kəlbəcər”, “Qarabağlı qoca”, “Belə haqsızlıq olarmı?”, “Zəngilan toyu”, “Dədə Qorqud” və s.) Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər