Bütün xəbərlər
“Sumqayıt” “Turan Tovuz”la heç-heçə edib
Tarix: 27-08-2022 00:21 | Bölmə: Karusel

                   “Sumqayıt” “Turan Tovuz”la heç-heçə edib


Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
"Qafqazinfo" xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Turan Tovuz"la qarşılaşıb.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Rəqiblərindən bir oyun az keçirən Tovuz klubu 4 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 2 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər