Bütün xəbərlər
Türkiyə ordusu 9 terrorçunu məhv etdi
Tarix: 20-08-2022 01:39 | Bölmə: Karusel

                   Türkiyə ordusu 9 terrorçunu məhv etdi



Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya və İraqın şimalında 9 terrorçu zərərsizləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, terrorçulardan beşi Suriya ərazisində “Sülh çeşməsi”, dördü isə İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə məhv edilib.
Zərərsizləşdirilən bu terrorçuların türk hərbçilərinə qarşı hücum planlaşdırdıqları müəyyən edilib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər