Bütün xəbərlər
Qanunsuz bilet satan 22 nəfər barədə tədbir görülüb - DİN
Tarix: 18-08-2022 12:47 | Bölmə: Karusel

                    Qanunsuz bilet satan 22 nəfər barədə tədbir görülüb



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları  tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.
Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər