Bütün xəbərlər
BŞTİ-nin sektor müdiri işdən çıxarıldı
Tarix: 11-08-2022 20:00 | Bölmə: Karusel

                     BŞTİ-nin sektor müdiri işdən çıxarıldı



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib.
“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib.
İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb