Bütün xəbərlər
Pelosi Tayvan hotelində 50-yə yaxın otaq bronlayıb
Tarix: 02-08-2022 14:47 | Bölmə: Karusel

                  Pelosi Tayvan hotelində 50-yə yaxın otaq bronlayıb



ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Taybeydə yerləşən “Grand Hyatt” hotelində 48 otaq bronlayıb.
Bu barədə “Qafqazinfo” Tayvanın SET telekanalına istinadən xəbər verir.
Pelosi bu axşam yerli vaxtla saat 21:20-də (Bakı vaxtı ilə saat 17:20-də-red.) Tayvana çatacaq.
Telekanalın məlumatına görə, nümayəndə heyəti 40 nəfərdən ibarətdir. Onlar üçün bütöv bir mərtəbə bron olunub. Nümayəndə heyəti hoteldə bir gecə qalacaq. Hoteldə və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Pelosinin hoteldə videokonfrans keçirəcəyi gözlənilir. O, həmçinin Tayvan Administrasiyasının başçısı Tsay İnvenlə görüş keçirəcək. Daha sonra Qanunverici Yuana yollanacaq, Tayvanın müxtəlif siyasi partiyalarının nümayəndələri ilə görüşəcək.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər