Bütün xəbərlər
Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlara MN-dən - Açıqlama
Tarix: 26-07-2022 22:29 | Bölmə: Karusel

                      Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlara MN-dən



"Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir".
Bu barədə Müdafiə Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumatda deyilir.
"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər