Bütün xəbərlər
832 yeni seçki məntəqəsi yaradılıb
Tarix: 26-07-2022 16:36 | Bölmə: Karusel

                     832 yeni seçki məntəqəsi yaradılıb


“2022-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonuna qədər MSK Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib.
O, vurğulayıb ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər: “ Seçki Məcəlləsinin tələbi ilə bağlı 1300-dən artıq məntəqə yaradılması zərurəti yaranmışdı. Həmin vaxtdan bəri 103 seçki dairəsinin ərazisində 832 yeni seçki məntəqəsi yaradılıb”.
Rövzət Qasımov vurğulayıb ki, ümumilikdə respublika üzrə 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər