MTN generalının 14 il həbsi tələbi olundu
Tarix: 26-07-2022 16:29 | Bölmə: Karusel

                    MTN generalının 14 il həbsi tələbi olundu



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
"Qafqazinfo" xəbər verir ki, bu gün keçirilən prosesdə dövlət ittihamçısı M.Şixəliyevin 14 il, Y.Məmmədovun 12 il, V.Ələkbərovun 11 il, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyiblər. Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər