Bütün xəbərlər
Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını vəzifəsindən azad etdi
Tarix: 25-07-2022 23:35 | Bölmə: Karusel

                   Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını vəzifəsindən azad etdi



Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Qriqori Qalaqanı vəzifəsindən azad edib.
"Qafqazinfo" xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib. “Qriqori Anatolyeviç Qalaqan Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.
Bu vəzifəyə Qriqori Qalaqanın yerinə Viktor Xorenko təyin edilib.
Qalaqan 2020-ci ilin avqustunda Xüsusi Əməliyyat Qüvvələrinin komandiri təyin edilib.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər