Bütün xəbərlər
Medina Kolumbiya yığmasını arzulayır
Tarix: 25-07-2022 10:54 | Bölmə: Karusel

                   Medina Kolumbiya yığmasını arzulayır



“Qarabağ”ın futbolçusu Kevin Medina İtaliya mətbuatına açıqlama  verib. “Qafqazinfo” xəbər verir ki, TMW radiosuna danışan kolumbiyalı “Qarabağ”da xoşbəxt olduğunu deyib:
“Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Amma gələcəkdə nə olacağını bilmirik. Gözləməliyik. Böyük liqalarda reallaşdırmaq istədiyim arzularım var. Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə kömək etmək və Kolumbiya millisində oynamaq arzumu həyata keçirmək istəyirəm”.
Medina hansı liqada oynamaq istədiyini də deyib: “İngiltərə, Almaniya və ya İspaniya. Bütün rəqabətli liqaları sevirəm. Amma düşünürəm ki, İtaliya çempionatına uyğunlaşa bilərəm. Sürətli mərkəz müdafiəçisiyəm. 4 və 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.
2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medinanın “atlılar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər