Bütün xəbərlər
Ukrayna bu limanların 2 həftə ərzində işə düşəcəyini açıqladı
Tarix: 23-07-2022 18:25 | Bölmə: Karusel

                   Ukrayna bu limanların 2 həftə ərzində işə düşəcəyini açıqladı


Ukraynanın İnfrastruktur Nazirliyi Çornomorsk, Odessa və Yujnı limanlarının iki həftə ərzində işə düşəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, nazirlikdən verilən açıqlamada taxılın çıxışı üçün Çornomorsk, Odessa və Yujnı limanlarından ilk gəmilərin 4 gün ərzində çıxa biləcəyi bildirilib.
“Biz sabah İstanbulda Koordinasiya Mərkəzinin yaradılması üçün nümayəndə heyəti göndərməyə hazırıq. Ümid edirik ki, digər tərəflər də bunu tez bir zamanda həyata keçirməyə hazırdırlar. Mərkəz yaradıldıqdan sonra ilk limanı aça biləcəyik", - deyə açıqlamada qeyd olunub.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər