Bütün xəbərlər
MİQ üzrə imtahan verən 11 nəfərin nəticəsi ləğv edildi
Tarix: 22-07-2022 23:42 | Bölmə: Karusel

                      MİQ üzrə imtahan verən 11 nəfərin nəticəsi ləğv edildi



Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin test imtananı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44363 nəfər namizəd iştirak edib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib.
Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər