Bütün xəbərlər
“Sabah” nigeriyalı hücumçunu transfer etdi
Tarix: 19-07-2022 01:42 | Bölmə: Karusel

                     “Sabah” nigeriyalı hücumçunu transfer etdi


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” nigeriyalı futbolçu Emmanuel Apehi transfer edib.
Bildirilib ki, 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.
Qeyd edək ki, futbolçu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər