Bütün xəbərlər
Gömrük Komitəsinin iki birinci müavini olacaq
Tarix: 18-07-2022 16:43 | Bölmə: Karusel

                    Gömrük Komitəsinin iki birinci müavini olacaq



Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Dövlət Gömrük Komitəsinin sədrinin bir yox, iki birinci müavini olacaq. 
Belə ki, sözügedən əsasnamənin 5.5-ci bəndinin birinci cümləsindəki “bir” sözü “iki” sözü ilə əvəz edilib. 
Qeyd edək ki, dövlət başçısının bu gün imzaladığı sərəncamla Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, ona sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə olunub.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər