Bütün xəbərlər
“Gecə yuxuda Aqil Abbası görmüşəm” - Qurban Qurbanov+Video
Tarix: 12-07-2022 23:35 | Bölmə: Karusel

                     “Gecə yuxuda Aqil Abbası görmüşəm”


“Qarabağ” - “Lex” matçından sonra təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında gecə gördüyü yuxudan danışıb.
O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü bildirib:
“Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm, Şuşada dağın başındadır, qar yağıb. Aqil müəllim də qarın içindədir. Mənə deyir ki, şəhərdə nə cür istidir, amma Qarabağda gör hava necədir. Mənə bir-bir təpələrdəki qarı göstərib. Mən də yuxuda sanki Şuşada idim”.
Qeyd edək ki, Aqil Abbas “Qarabağ” azarkeşidir.


              



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər