Bütün xəbərlər
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Gürcüstana səfər edəcək
Tarix: 06-07-2022 00:07 | Bölmə: Karusel


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 6-da Gürcüstana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bir günlük səfər çərçivəsində R.Nəbiyev Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edəcək.
Onun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında rabitə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.




Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər