22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Bakıda tələbələr kolbasadan zəhərləndi
Tarix: 24-06-2022 12:43 | Bölmə: Karusel

                 Bakıda tələbələr kolbasadan zəhərləndi


Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin 2 tələbəsi-17 yaşlı İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.
İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərlənməsi üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər