11:42 / 03-07-2022
Biz teatrı niyə sevmirik?
“Azərbaycanlılar bunu çox yaxşı bilir”
Tarix: 22-06-2022 00:25 | Bölmə: Karusel

                   “Azərbaycanlılar bunu çox yaxşı bilir”



"Biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər".
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatla çıxışında bildirib.
“Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti deyib ki, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər