Bütün xəbərlər
Ukrayna və Rusiya "5-ə 5" düsturuna əsasən əsir mübadiləsi aparıblar
Tarix: 18-06-2022 23:07 | Bölmə: Karusel

                  Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu


Ukrayna bu gün Rusiya ilə əsir mübadiləsi zamanı daha beş nəfəri geri qaytarıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalıında məlumat yayılıb.
"Bu gün Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən növbəti mübadilə həyata keçirib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb.
Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, Kiyev vilayətində gedən döyüşlər zamanı dörd dinc sakin Rusiya tərəfindən əsir götürülüb.
Həmçinin bildirilib ki, müharibə zamanı ölən ukraynalı hərbçinin də meyiti qaytarılıb.




 


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər