Bütün xəbərlər
“Bu, regionda disbalans yaradır” - İlham Əliyev
Tarix: 16-06-2022 14:21 | Bölmə: Karusel

                     “Bu, regionda disbalans yaradır”



“Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
Dövlət başçısı deyib: “Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər