Bütün xəbərlər
Sumqayıtda breyn-rinq formatında bilik yarışı keçirildi
Tarix: 09-06-2022 10:47 | Bölmə: Karusel

   Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gənclər təşkilatları arasında “15 İyun – Milli Qurtuluş Gününə” həsr edilmiş breyn-rinq formatında bilik yarışı keçirilmişdir.
    Məqsəd “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn məsələlərin həlli, “15 İyun – Milli Qurtuluş Günü”nün qeyd edilməsi, gənclərin dünya görüşünün, intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırması, sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
    Ümumilikdə 12 komandanın iştirak etdiyi bilik yarışının yekun nəticəsinə əsasən I yerə “GoodFellas”, II yerə Qızıl Aypara Cəmiyyətinin “Qızıl”, III yerə isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin “İnkişafçılar” komandaları layiq görülmüşlər.
   Sonda qalib komandalar Baş İdarənin fəxri fərman, medal, kubok və hədiyyələri ilə təltif edilmişlər.

Sabaha-inamla.az







Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər