Bütün xəbərlər
Biləsuvarın keçmiş icra başçısı vəfat etdi
Tarix: 05-06-2022 16:53 | Bölmə: Karusel

                     Biləsuvarın keçmiş icra başçısı vəfat etdi



Biləsuvar Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı Əli Babayev vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli Babayev bir neçə gün öncə rayon Ağsaqqallar Şurasının iclasını keçirib. O, iclasdan sonra insult keçirərək, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ə.Babayev Ağsaqqallar Şurasına ötən ilin may ayında sədr seçilmişdi. Həmçinin o, 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Allah rəhmət eləsin.


                  




Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər