Bütün xəbərlər
Şəhriyar ikinci qələbəsini qazandı, Teymur yenə uduzdu
Tarix: 03-06-2022 09:37 | Bölmə: Karusel

                      Şəhriyar ikinci qələbəsini qazandı, Teymur yenə uduzdu


Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb.
Şahmatçımız bolqarıstanlı Veselin Topalovu məğlub edib. Teymur Rəcəbov isə üçüncü turda hazırkı dünya çempionu Maqnus Karlsenə uduzub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən turlarda norveçli Aryan Tari üzərində qələbə qazanıb, fransalı Maksim Vaşye-Laqrava isə məğlub olub. T.Rəcəbov isə ABŞ təmsilçisi Uesli Soya uduzub, Aryan Tarini məğlub edib.
Ötən üç turun nəticəsinə görə, Ş.Məmmədyarov 4, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.
“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər