Bütün xəbərlər
“Technoil” yenə gömrük qanunvericiliyini pozub
Tarix: 03-06-2022 09:34 | Bölmə: Karusel

                  “Technoil” yenə gömrük qanunvericiliyini pozub



Mühərrik və sənaye yağları istehsalçısı “Technoil” barəsində məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo”nun məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Technoil” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.
Qeyd edək ki, 2020-ci ilin yanvarında da şirkət eyni maddə ilə məhkəməlik olub və cərimələnib. 



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər