Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
Tarix: 18-05-2022 02:23 | Bölmə: Karusel

                  Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu



Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məluumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər