Bütün xəbərlər
Əfqanıstandan Tacikistana 7 raket atıldı
Tarix: 08-05-2022 21:50 | Bölmə: Karusel

                 Əfqanıstandan Tacikistana 7 raket atıldı


Əfqanıstanın Taxor əyalətinin Xocaqor ərazisindən Tacikistanın Farxor rayonundakı Pənc sərhəd zastavası istiqamətinə yeddi raket atılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tacikistan Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, raketlər “Taliban” və İŞİD qruplaşması tərəfindən atılıb. Raketlərin dördü Pənc çayına, üçü isə zastavanın yaxınlığındakı meşə zolağına düşüb.
Qeyd olunub ki, Tacikistan sərhədçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.


Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər