Bütün xəbərlər
Səhiyyə nazirindən əhaliyə maska ilə bağlı - Çağırış
Tarix: 27-04-2022 23:55 | Bölmə: Karusel

                   Səhiyyə nazirindən əhaliyə maska ilə bağlı


"Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maska tələbi ləğv edilir. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari vəziyyətdən asılıdır".
 “Qafqazinfo” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
“Əhalini ayıq-sayıq olmağa çağırıram. Yəni kütləvi tədbirlər zamanı, insanların çox olduğu yerlərdə, qapalı məkanlarda ehtiyatlı davranmağı və maska taxmağı unutmamalarını tövsiyə edirik. Təbii ki, bu, mütləq deyil. Digər məhdudiyyətlərə gəlincə, bunu cari epidemioloji vəziyyət göstərəcək”, - deyə nazir əlavə edib.


Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər