Bütün xəbərlər
“Zirə” ilə “Neftçi” də qələbə qazandı
Tarix: 24-04-2022 23:50 | Bölmə: Karusel

                    “Zirə” ilə “Neftçi” də qələbə qazandı


Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Turun açılış oyununda “Qəbələ” doğma meydanda lider “Qarabağ”la üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibi üzərində inamlı qələbəyə sevinib.
“Sabah” bu turda “Şamaxı” ilə qarşılaşıb və darmadağınla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Zirə” minimal hesabla qələbə qazanıb. “Neftçi” də “Səbail”in qonağı olub və tək qolla 3 xala sahib çıxıb.
Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel

“Qəbələ” – “Qarabağ” 0:2
Qol: İ.Vadji, 6; 14.
“Sabah” – “Şamaxı” 5:1
Qol: C.L.Mikels, 11; 29. Z.Oçiqava, 25. X.S.Rodriqes, 84. A.İsayev, 89 – F.Santos, 50.
“Sumqayıt” – “Zirə” 0:1
Qol: D.Volkov, 90+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
“Sumqayıt Arena”, 20:00.
“Səbail” – “Neftçi” 0:1
Qol: T.Bezerra, 71.
Qırmızı vərəqə: Ö.Buludov, 47.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Bakı. “ASCO Arena”, 20:00.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər