22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Qubadlıda 29 yaşlı kişi minaya düşdü
Tarix: 22-04-2022 23:48 | Bölmə: Karusel

                    Qubadlıda 29 yaşlı kişi minaya düşdü



Bu gün saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qubadlı Rayon Prokurorluğu məlumat yayıb.
Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər