Bütün xəbərlər
Ukraynada yaşayan azərbaycanlı əsir düşdü
Tarix: 22-04-2022 00:13 | Bölmə: Karusel

                 Ukraynada yaşayan azərbaycanlı əsir düşdü


Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
Bu barədə “Qafqazinfo”ya onun qohumu Esmira Qasımova məlumat verib.
O bildirib ki, 62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb:
“Bu barədə ailəsinə Ukraynadan bildirilib. Rusların əlində olduğuna dair video da var. Onunla bərabər iki ukraynalı da əsir götürülüb”.
E.Qasımova qeyd edib ki, H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb.


Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər