Bütün xəbərlər
Pentaqon “Moskva”nı Ukraynanın vurduğunu açıqladı
Tarix: 16-04-2022 01:53 | Bölmə: Karusel

                    Pentaqon “Moskva”nı Ukraynanın vurduğunu açıqladı



Pentaqon Rusiyanın Oddessadan 60-65 dəniz mili cənubunda yerləşdirdiyi Qara dəniz donanmasının flaqmanı "Moskva"da baş verən partlayışın səbəbini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ Müdafiə Nazirliyinin rəsmisi Qara dənizdə batan Rusiyanın flaqman gəmisinin Ukrayna tərəfindən atılan iki "Neptun" raketi ilə vurulduğunu təsdiqləyib.
Pentaqonun yüksək rütbəli rəsmisi ötən gün Rusiyanın "Moskva" kreyserindəki partlayışdan sonra Qara dənizin şimalından daha cənuba doğru gəmilərini geri çəkdiyini açıqlamışdı.


Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər