Bütün xəbərlər
Rusiya 45 polşalı diplomatı ölkədən çıxarır
Tarix: 08-04-2022 20:23 | Bölmə: Karusel

                    Rusiya 45 polşalı diplomatı ölkədən çıxarır



Moskva Rusiya diplomatlarının Polşadan çıxarılmasına cavab olaraq 45 polşalı diplomatı “persona non qrata” (arzuolunmaz şəxs) elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Polşanın qarşılıqlılıq prinsipinə əsaslanaraq, rus diplomatları ölkədən çıxarmaq üzrə qeyri-dost hərəkətlərinə cavab olaraq Polşa səfirliyinin və Polşanın İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluqlarının 45 əməkdaşı “persona non qrata” elan olunub. Onlar aprelin 13-də günün sonuna qədər Rusiya ərazisini tərk etməlidirlər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Polşa diplomat statusu daşıyan 45 rusiyalını casusluq səbəbi ilə deportasiya edərək, bu prosesdə ən çox diplomatı ölkədən çıxaran ölkə olub.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər