Bütün xəbərlər
Peskov Rusiyanın Ukraynada ciddi itkilər verdiyini açıqladı
Tarix: 07-04-2022 23:59 | Bölmə: Karusel

                    Peskov Rusiyanın Ukraynada ciddi itkilər verdiyini açıqladı



Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı xeyli itki verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Sky News” telekanalında bildirib.
“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - Peskov müsahibəsində deyib.
Qeyd edək ki, martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi əməliyyatın bir ayı ərzində 1351 rus hərbçisinin öldürüldüyünü, 3825-nin yaralandığını bildirib.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər