Bütün xəbərlər
Rusiyalı milyarder İsrail vətəndaşı oldu
Tarix: 04-04-2022 21:47 | Bölmə: Karusel

                       Rusiyalı milyarder İsrail vətəndaşı oldu



Rusiyalı milyarder Mixail Proxorov İsrail vətəndaşlığı alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Bildirilib ki, Proxorov bir neçə gün əvvəl İsveçrədən şəxsi təyyarəsi ilə İsrailə gəlib. Milyarder gəldiyi vaxtdan İsrailin qanunlarına əsasən vətəndaş olmaq üçün bütün lazımi sənədləri təqdim edib.
Qeyd edək ki, M. Proxorov “Bloomberg” tərəfindən 13,8 milyard dollarlıq sərvətlə Rusiyanın 12-ci ən varlı şəxsi siyahısında yer alıb. 
Xatırladaq ki, Proxorov özünü siyasətdə də sınayıb. O, 2012-ci ildə Rusiyada keçirilən prezident seçkilərində iştirak edib.




Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər