Bütün xəbərlər
Ukrayna və Rusiya heyətləri Türkiyədə görüşəcək
Tarix: 27-03-2022 19:27 | Bölmə: Karusel

                     Ukrayna və Rusiya heyətləri Türkiyədə görüşəcək


Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti üz-üzə görüş Türkiyədə keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib.
“Bu gün videokonfransla keçirilən danışıqların növbəti raundunda iki nümayəndə heyəti tərəfindən növbəti canlı raundun martın 28-30-da Türkiyədə keçirilməsi qərara alınıb”, - o qeyd edib.
D.Araxamiya əlavə edib ki, təfərrüat sonra açıqlanacaq.



Baxış sayı: 575


Bölməyə aid digər xəbərlər