Bütün xəbərlər
Kürdəxanıdakı təcridxanaya telefon keçirilməsinin qarşısı alındı
Tarix: 25-03-2022 17:29 | Bölmə: Karusel

                    Kürdəxanıdakı təcridxanaya telefon keçirilməsinin qarşısı alındı



Kürdəxanıda yerləşən Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
"Qafqazinfo" xəbər verir ki, 18 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Amin Kazımova tanışı Vüsal Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı plasmas antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.






Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər