Bütün xəbərlər
Bu məhsullara görə də gömrük rüsumu alınacaq - Qərar
Tarix: 14-03-2022 23:00 | Bölmə: Karusel

                    Bu məhsullara görə də gömrük rüsumu alınacaq



“Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyənləşdirilib.
İdxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə ədədinə 15 faiz gömrük rüsumu tətbiq olunacaq.
Bu Qərar 2024-cü il 31 dekabr tarixinədək qüvvədədir.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər