Bütün xəbərlər
Almaniya kansleri Ukraynanın Aİ-yə daxil olması üçün meyarları açıqladı
Tarix: 11-03-2022 22:24 | Bölmə: Karusel

                Almaniya kansleri Ukraynanın Aİ-yə daxil olması üçün meyarları açıqladı


“Aİ-yə daxil olmaq üçün aydın meyarlar var”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukraynanın Avropa İttifaqına mümkün qəbulunu şərh edərkən bildirib.
“Fakt budur ki, bizim Aİ-yə üzvlük üçün çox aydın prinsip və meyarlarımız var. Onlar vacibdir, çünki yalnız bu yolla Aİ-nin sonrakı birliyi təmin oluna bilər. Bunlar iqtisadi, hüquqi məsələlər, demokratiya və qanunun aliliyi məsələləridir”, - Şolts qeyd edib.



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər