Bütün xəbərlər
Ermənilər Azərbaycanın üç rayonunu atəşə tutdu
Tarix: 10-03-2022 20:58 | Bölmə: Karusel

                  Ermənilər Azərbaycanın üç rayonunu atəşə tutdu


Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər