Bütün xəbərlər
Lavrov Antalyaya getdi
Tarix: 09-03-2022 23:55 | Bölmə: Karusel

                Lavrov Antalyaya getdi



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin vasitəçiliyi ilə sabah Antalyada keçiriləcək Rusiya-Ukrayna-Türkiyə üçtərəfli xarici işlər nazirləri toplantısı üçün Antalyaya gəlib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Lavrov və Rusiya nümayəndə heyətini daşıyan şəxsi təyyarə Antalya hava limanına enib.
Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın təxminən bir saata şəhərə gələcəyi gözlənilir.
Ayrı-ayrı hotellərdə qalacaq nümayəndə heyətləri görüş üçün Belek Turizm Mərkəzindəki beşulduzlu "Regnum Carya" hotelində görüşəcək.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Lavrov və Kuleba sabah üçtərəfli görüş keçirəcək. Həmin salonda 2015-ci ildə keçirilən G-20 Sammitində ABŞ-ın keçmiş Prezidenti Barak Obama və Rusiya Prezidenti Vladimir Putin kimi dünya liderləri qonaq olub.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər