Bütün xəbərlər
Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verilib
Tarix: 09-03-2022 21:35 | Bölmə: Karusel


Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.
"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.
Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.



Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər