Bütün xəbərlər
Onlar da Kanadanın sanksiya siyahısına salındı
Tarix: 07-03-2022 23:41 | Bölmə: Karusel

                      Onlar da Kanadanın sanksiya siyahısına salındı



Kanada hakimiyyəti Ukraynada keçirilən xüsusi hərbi əməliyyata görə Rusiyadan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında bildirib.
"Siyahıya keçmiş və indiki yüksək rütbəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir", - o deyib.
C.Trüdo adları dəqiq deməsə də qeyd edib ki, onlar Rusiyada həbsdə olan Aleksey Navalnının əvvəllər tərtib etdiyi siyahıdan götürülüb.
Kanada hökumətinin rəsmi saytında verilən məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, RT telekanalının baş redaktoru Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov, Birinci Kanalın baş direktoru Konstantin Ernst, iş adamı Oleq Deripaska və daha beş nəfər sanksiya tətbiq edilənlər siyahısına əlavə edilib.




Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər