Bütün xəbərlər
Rusiya-Ukrayna danışıqlarının daha bir raundu keçiriləcək
Tarix: 07-03-2022 23:39 | Bölmə: Karusel

                     Rusiya-Ukrayna danışıqlarının daha bir raundu keçiriləcək



Yaxın vaxtlarda Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu keçiriləcək.
“Qafqazino” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə danışıqların üçüncü raundu başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı, bunlar həcmli materiallardır. Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək. Beləliklə, növbəti, dördüncü raund Belarus ərazisində keçiriləcək", - Slutski bildirib. O, əlavə edib ki, dəqiq tarix deyə bilməsə də, yeni görüşün vaxtı yaxın vaxtlarda müəyyənləşəcək".



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər