Bütün xəbərlər
Yanukoviçin təyyarəsi Minskdən yola düşüb
Tarix: 07-03-2022 23:32 | Bölmə: Karusel

                   Yanukoviçin təyyarəsi Minskdən yola düşüb



Bu gün günorta saatlarında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin təyyarəsinin Minskə enməsi və onun Vnukovodan (Rusiya hava limanı – red.) uçması barədə məlumat yayılıb.
Hazırda isə Yanukoviçin Minski tərk etməsi ilə bağlı məlumatlar var.
Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Rusiyanın Yanukoviçi Ukrayna prezidenti elan etmək istəməsi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Ukraynada Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər