Bütün xəbərlər
Putinin köməkçisinin səlahiyyəti dayandırıldı
Tarix: 03-03-2022 16:17 | Bölmə: Karusel
                          

Avropa Stolüstü Tennis İttifaqının (ETTU) prezidenti, Rusiya prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin növbəti qərara qədər səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Rəsmi məlumata görə, İqor Levitin Avropa Stolüstü Tennis İttifaqının və qurumun yarışlarının bütövlüyünü qorumaq, eləcə də Avropa idmançılarının maraqlarını qorumaq məqsədilə bu qərarı qəbul edib.
Bildirilib ki, ETTU-nun prezidenti vəzifəsini müvəqqəti vitse-prezident Pedro Moura icra edəcək.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər